Bakının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq

Reklam sahəsi

Bakının Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Bu barədə Elchi.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə əlaqədar 03 iyul 2026-cı il tarixində günorta saatlarınadək qeyd olunan ərazilərdə suyun verilməsində fasilə yaranacaq.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir