Bakıda “Force of Love – 2026” yay festivalı keçiriləcək

Reklam sahəsi

5–7 iyun tarixlərində “Space____________13” incəsənət məkanı “NARGIS” jurnalı tərəfindən təşkil olunan “Force of Love – 2026” festivalına ev sahibliyi edəcək.

Elchi.az xəbər verir ki, festival incəsənəti və canlı ünsiyyəti bir araya gətirən böyük sənətkarlıq yarmarkası formatında təşkil olunacaq.

Festival çərçivəsində müxtəlif kitablar, fotolar, vinil plastinkalar, vintaj zinət əşyaları və çantalar, ev və gözəllik məhsulları, yerli brendlərin geyimləri, həmçinin “food corner”lər və daha çoxu təqdim olunacaq.

“Nargis Fund” ilə birgə uşaq evlərində yaşayan uşaqlar üçün Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş xüsusi əyləncə proqramı təşkil olunacaq.

Festival qonaqları yalnız qeyri-adi hədiyyələr əldə etməklə kifayətlənməyəcək, həm də zəngin proqramın bir hissəsinə çevriləcəklər

Festival çərçivəsində “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən xüsusi master-klaslar da keçiriləcək.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir