Bəhreyn XİN İran pilotsuz təyyarələrinin hücumu barədə məlumat yayıb

Reklam sahəsi

İran Bəhreynin ərazisinə pilotsuz uçuş aparatı (PUA) ilə bir neçə dəfə hücum edib.

Elchi.az xəbər verir ki, bu barədə Bəhreynin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bəhreyn ərazisinə İranın pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum ölkənin suverenliyinin kobud şəkildə pozulması və ölkə sakinlərinin təhlükəsizliyinə açıq təhdiddir”, – deyə nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmüz boğazında kommersiya gəmisinə hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyini açıqlamışdı. İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin yerləşdiyi məntəqələrə cavab zərbələri endirdiyini bəyan etmişdi.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir