Azərbaycan kursantları “Aybın-2026” hərbi toplanışında uğurlu nəticələr göstərdi

Reklam sahəsi

Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının komandalarının iştirakı ilə keçirilən XII Beynəlxalq “Aybın-2026” gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb.

Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirin bağlanış və mükafatlandırma mərasimində Qazaxıstan Müdafiə Nazirliyinin, yerli icra orqanlarının və veteran təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gənc vətənpərvərlərin güc, dözümlülük, komanda birliyi və hərbi-tətbiqi təlim üzrə yarışlarında komandamız yüksək hazırlıq səviyyəsi, məharət və əzmkarlıq nümayiş etdirərək müxtəlif mərhələlərdə uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, toplanışda ölkəmizi Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərin kursantlarından ibarət komanda təmsil edib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir