Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Reklam sahəsi

Avstriya hökuməti uşaqların internetdə qorunması sahəsində 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını və böyüklər üçün nəzərdə tutulmuş saytlara daxil olarkən yaşın mütləq yoxlanılmasını nəzərdə tutan islahatı təsdiqləyib.

Elchi.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat verir.

Qanun layihəsi artıq baxılması üçün təqdim edilib və 2027-ci ildə qüvvəyə minməlidir. Sosial şəbəkələr üçün 2027-ci il aprelin 1-dək keçid dövrü nəzərdə tutulub. Platformalar ya asılılıq yaradan elementləri yığışdırmaq, ya da azyaşlıların girişini məhdudlaşdırmaq məcburiyyətində qalacaqlar. Qaydaları pozmağa görə şirkətin illik dövriyyəsinin 6%-dək həcmində cərimələr nəzərdə tutulur.

Bundan əlavə, böyüklər üçün saytlara giriş yalnız “ID Austria” sistemi və ya özəl provayder vasitəsilə həddi-büluğa çatmaq təsdiqləndikdən sonra mümkün olacaq. Bu zaman saytlara yalnız istifadəçinin 18 yaşının tamam olması barədə məlumat ötürüləcək.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir