Avropada həddindən artıq isti və meşə yanğınları: Minlərlə insan təxliyə edilib

Reklam sahəsi

Cənubi Avropanı əhatə edən və temperaturun 44 dərəcə Selsidən çox olduğu isti dalğası bir çox ölkədə, xüsusən də İtaliya, İspaniya və Fransada meşə yanğınlarına səbəb olub. Yanğınlar səbəbindən 20.000-dən çox insan təxliyə edilib.
Elchi.az xəbər verir ki, İtaliyanın Siciliya bölgəsində küləklərdən qaynaqlanan yanğınlar Aqrigento bölgəsindəki Bivona ətrafını bürüdü, paytaxt Palermoda isə elektrik kəsintiləri baş verdi.
Fransanın cənub-qərbindəki Bordo şəhəri yaxınlığındakı Lege Cap-Ferretdə baş verən yanğına təxminən 700 yanğınsöndürən cəlb edilib. Səlahiyyətlilər təhlükəsizlik səbəbi ilə 20.000-dən çox insanın təxliyə edildiyini bildiriblər. Yanğınsöndürmə işləri zamanı Bordo Hava Limanı yaxınlığında iki yanğınsöndürən həyatını itirib.
İngiltərənin Uels şəhərində quraqlıq və yüksək temperatur səbəbindən rəsmi olaraq quraqlıq vəziyyəti elan edilib. Mütəxəssislər vurğulayırlar ki, iqlim dəyişikliyi səbəbindən artan temperatur Avropada torpaqda və çaylarda nəmlik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmışdır.
Yunanıstanda temperatur 42 dərəcə Selsidən yuxarı qalxdığı üçün paytaxt Afina da daxil olmaqla cənub və mərkəzi bölgələrdə meşə yanğınları ilə bağlı ən yüksək xəbərdarlıq səviyyəsi qaldırılıb. Kipr Rum administrasiyası da temperaturun 43 dərəcə Selsiyə çatacağı ilə bağlı xəbərdarlıq edib.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir