Aİ iyulun 1-dən ABŞ ilə 15%-lik rüsumlar barədə ticarət sazişini qüvvəyə mindirəcək
Avropa İttifaqı iyulun 1-dən ABŞ ilə ticarət sazişini qüvvəyə mindirəcək. Sazişə əsasən, Avropa tərəfi ABŞ-da bütün Avropa mallarına 15%-lik rüsum tətbiq edilməsi ilə razılaşıb, bunun müqabilində isə Amerika malları Avropa İttifaqında sıfır rüsumla vergiyə cəlb olunacaq.
Elchi.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
“Avropa İttifaqı ABŞ ilə ticarət sazişinin təsdiqlənməsi prosesini başa çatdırıb. Saziş iyulun 1-dən qüvvəyə minəcək”, — deyə Aİ Şurası məlumat verib.
Bu saziş həmçinin Avropa İttifaqının 2028-ci ilə qədər ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları satın almaq öhdəliyini də nəzərdə tutur.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp, Aİ-yə qarşı yeni rüsumlar tətbiq edəcəyi hədəsi ilə, sazişin iyulun 4-dək qüvvəyə minməsini tələb etmişdi.
Məryəm