Aİ Ermənistana vizaların liberallaşdırılması üçün 2,2 mln avro ayırır

Reklam sahəsi

Avropa İttifaqı (Aİ) vizaların liberallaşdırılması prosesinə dəstək məqsədilə Ermənistana 2,2 milyon avro vəsait ayıracaq. Bu vəsait sərhədlərin idarə edilməsi, sənədlərin təhlükəsizliyi və hüquq-mühafizə orqanlarının islahatları kimi sahələrə yönəldiləcək.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

“Avropa İttifaqı vizaların liberallaşdırılması prosesini dəstəkləmək üçün Ermənistana 2,2 milyon avro ayırır. Maliyyələşdirmə sərhədlərin idarə edilməsi, sənədlərin təhlükəsizliyi və hüquq-mühafizə orqanlarının islahatlarına yönəldiləcək”, — deyə qurumun məlumatında bildirilir. Eyni zamanda dəqiqləşdirilir ki, vəsait iyunun 1-də start götürmüş “Sərhədlərin idarə edilməsi, sənədlərin təhlükəsizliyi və hüquq-mühafizə orqanlarının islahatları sahəsində Ermənistanda vizaların liberallaşdırılması üzrə dialoqun dəstəklənməsi” proqramı xətti ilə daxil olacaq.

Həmçinin qeyd olunur ki, Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan bununla bağlı sözügedən layihənin Ermənistanda birbaşa vizaların liberallaşdırılması prosesini dəstəkləyən ilk proqram olduğunu vurğulayıb. Nazirliyin məlumatına görə, qeyd olunan proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə, Litva tərəfindən və Ermənistan Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Məryəm 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir