Aİ-dən 21-ci paket: Rusiya və Belarusa 60 milyon avroluq qadağa
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketində Rusiya və Belarusa qarşı 60 milyon avro məbləğində ixrac məhdudiyyətləri tətbiq edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iyunun 15-də Aİ Xarici İşlər nazirləri tərəfindən müzakirə olunacaq yeni sanksiyalar layihəsini təqdim edərkən məlumat verib.
“Aİ Rusiyaya illik ümumi dəyəri 60 milyon avro olan bir sıra malların idxalına qadağa qoyulmasını təklif edib”, — deyə fon der Lyayen bildirib. Bu siyahıya metallar, ərintilər və ehtiyat hissələri daxil ediləcək. Bundan əlavə, Aİ ilk dəfə olaraq Rusiya ilə balıqçılıq məhsullarının, xüsusən də treska balığının ticarətini qadağan edəcək. Bu məhdudiyyətlər Belarusa qarşı da tətbiq olunacaq.
Məryəm