Aİ ABŞ-dan sənaye mallarına tətbiq edilən rüsumları qaldırıb
Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-dan sənaye mallarının idxalına qoyulan rüsumların qaldırıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, o, bu xəbəri X hesabında paylaşıb.
Onun sözlərinə görə, Avropa İttifaqı iyulun 1-dən ABŞ-ın sənaye məhsullarının idxalına tarifləri qaldırır.
“Bu, transatlantik ticarət üçün yaxşı xəbərdir. Daha çox proqnozlaşdırıla bilənlik. Daha çox seçim. Aİ biznesləri və istehlakçılar üçün daha yaxşı qiymətlər. Bu, Aİ-ABŞ Birgə Bəyanatı çərçivəsində yerinə yetirilən öhdəlikdir. Və transatlantik münasibətlərin dünyada ən dəyərlisi olaraq qaldığını xatırladır. Gəlin onu inkişaf etdirməyə davam edək”,-deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Aİ ölkələrini Amerika bizneslərinə rəqəmsal xidmətlər vergisi tətbiq etsələr, onları 100% tariflərlə hədələmişdi. “Truth Social” sosial şəbəkəsində ABŞ prezidenti bəyan edib ki, bir çox Avropa ölkələri Amerika şirkətlərinə rəqəmsal xidmətlər vergisi tətbiq etməyə yaxındırlar.
Yeganə