ABŞ qışda Avropa və Ukraynaya kömək edə bilməyəcək
Amerika Mayeləşdirilmiş Təbii Qaz (LNG) Assosiasiyasının icraçı direktoru Çarli Riddlin sözlərinə görə, ABŞ qarşıdan gələn qışda Ukrayna və Avropa ölkələrini lazımi qaz təchizatı ilə təmin edə bilmir.
Elchi.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi yayıb.
Riddl izah etdi ki, ABŞ-ın özündə kifayət qədər LNG ehtiyatı yoxdur. O, həmçinin qeyd edib ki, Avropada qaz anbarları yarıdan da az doludur.
“Biz elə bir vəziyyətdə tapacağıq ki, bütün bazar – təkcə Avropanın deyil, Asiyanın da – tədarük qıtlığı yaşayacaq. Körfəz böhranının səbəb olduğu istehsal azalmalarını kompensasiya edə bilməyəcəyik”, – deyə Riddl vurğulayıb.
Yeganə