ABŞ-İran razılaşması: Avqustun 7-dək nəticə olmaya bilər

Reklam sahəsi

ABŞ Prezidenti Donald Trampın nikbin bəyanatlarına baxmayaraq, avqustun 7-dək ABŞ və İran arasında razılaşmanın əldə olunması ehtimalı 50-50 olaraq qiymətləndirilir.

Elchi.az xəbər verir ki, bu barədə “CNN” telekanalı danışıqların gedişatı ilə tanış olan Fars körfəzi ölkələrindən birinin yüksəksəviyyəli nümayəndəsinə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, İran nümayəndə heyətinin tərkibinə müvəqqəti razılaşmanın təfərrüatlarını təsdiqləməli olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri daxil edilməyib. Bu səbəbdən danışıqların yekun nəticəsi qeyri-müəyyən olaraq qalır.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir