ABŞ-ın aviadaşıyıcısında atışma olub, bir dənizçi həlak olub

Reklam sahəsi

Amerikanın “John F. Kennedy” aviadaşıyıcısının göyərtəsində baş verən atışma nəticəsində bir dənizçi öldürülüb, biri isə saxlanılıb.

Elchi.az xəbər verir ki, bu barədə “Stars and Stripes” nəşri ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Atəş açan dənizçi nəzarətə götürülüb, lakin hazırda ona qarşı hələ rəsmi ittiham irəli sürülməyib.

Hələlik donanmaya təhvil verilməyən və yalnız bu ilin fevralında ilk dəniz sınaqlarını uğurla başa vuran aviadaşıyıcı hazırda Nyuport limanında (Virciniya ştatı) yerləşir. “John F. Kennedy” atom güc qurğusuna malik “Gerald R. Ford” sinfinə aid ikinci gəmidir. Onun istismara verilməsi 2027-ci ilin martına planlaşdırılır.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir