ABŞ-də üzərində Donald Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılacaq
ABŞ-də üzərində ölkə prezidenti Donald Trampın təsviri olan 1 dollar nominalında qızıl sikkə buraxılacaq.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Skott Bessent “X” sosial şəbəkəsində məlumat verib. “Amerikanın müstəqilliyinin 250 illiyi şərəfinə ABŞ Sikkəxanası azadlığın tükənməz irsinə və vətənpərvərliyin sarsılmaz simvoluna ehtiram əlaməti olaraq 1 dollar nominalında yeni qızıl sikkənin kəsilməsinə başlayacaq. Sikkənin üzərində Prezident Tramp təsvir olunub”, — deyə nazir yazıb.
Bessent qeyd edib ki, bu sikkə “Amerika dəyərlərinin gücünü və millətin vədinə sadiqliyini tərənnüm edəcək”.
Məryəm