ABŞ Çin istehsalı olan humanoid robotların idxalını qadağan edir
Amerika Birləşmiş Ştatları hökuməti milli təhlükəsizlik risklərini əsas gətirərək yeni, xaricdə istehsal olunmuş humanoid robotların və enerji çeviricilərinin idxalını qadağan edib.
Elchi.az xəbər verir ki, qadağa qabaqcıl humanoid və dördayaqlı robot modellərini əhatə edir. ABŞ Federal Rabitə Komissiyası (FCC) məlumat mərkəzlərində və günəş panellərində istifadə olunan enerji çeviricilərinin ABŞ iqtisadiyyatı və kritik infrastruktur üçün də risk yaratdığını açıqladı.
FCC sədri Brendan Carr bildirib ki, agentlik ABŞ-ın kritik təchizat zəncirlərini qorumaq üçün öz töhfəsini verir. Yeni məhdudiyyətlərə əsasən, bu cihazlar milli təhlükəsizlik riski yaradan məhsullar siyahısına əlavə edilib.
Mövcud modellərə təsir edilməyəcək
Qərar hələ FCC təsdiqini almamış xarici ölkələrdə istehsal olunmuş yeni modelləri əhatə edir. Artıq təsdiqlənmiş və istifadədə olan mövcud modellərin satışı və ya idxalı davam edəcək.
FCC bildirib ki, xaricdə istehsal olunmuş enerji çeviriciləri kiberhücumlar, məlumatların oğurlanması və ya uzaqdan giriş kimi təhlükəsizlik zəifliklərinə səbəb ola bilər.
Həmçinin qeyd edilib ki, qabaqcıl robotlar casusluq fəaliyyəti üçün istifadə edilə və ya uzaqdan idarə oluna bilər və bununla da təhlükəsizlik riskləri yarada bilər.
Şayəstə