ABŞ Afrika ölkələrinin səhv yerləşdirildiyi bir xəritə nümayiş etdirdi
ABŞ Dövlət Departamenti Braziliyada keçirilən QİÇS-lə mübarizəyə dair beynəlxalq konfransda Afrika ölkələrinin səhv yerləşdirildiyi bir xəritə nümayiş etdirib.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.
Xəritə təqdimatında Kot-d’İvuar, Mozambik və Nigeriyanın sərhədləri və yerləşdiyi mövqelər səhv göstərilib. Məlumatlara əsasən, səhv xəritədə təsvirin süni intellekt vasitəsilə yaradıldığını göstərən bir nişan (su nişanı) da olub. “ChatGPT”-nin yaradıcısı olan “OpenAI” şirkəti artıq məsələni araşdırır
Dövlət Departamenti yaydığı bəyanatda insidentlə bağlı bütün məsuliyyəti öz üzərinə götürdü. Qurum qeyd etdi ki, həmin slayd konfrans başlamazdan əvvəl təqdimatda tələsik düzəlişlər edən bir əməkdaş tərəfindən hazırlanmışdı.
Açıqlamaya əsasən, biz yaranmış qarışıqlığa və tədbir iştirakçılarının, o cümlədən afrikalı tərəfdaşlarımızın yanlış məlumatlandırılmasına görə tam məsuliyyəti üzərimizə götürürük.
“The Wall Street Journal” daha əvvəl xəbər vermişdi ki, ABŞ şirkətləri bahalı süni intellekt modellərindən imtina edərək, getdikcə daha çox daha ucuz alternativlərə – o cümlədən Çin istehsalı olan variantlara – üstünlük verirlər.
Yeganə