Tramp dəniz blokadasının payıza qədər davam edəcəyinə inanmır

Reklam sahəsi

ABŞ prezidenti Donald Tramp İran limanlarına tətbiq etdiyi dəniz blokadasının sentyabr ayına qədər qüvvədə qalacağına şübhə etdiyini bildirib.

Elchi.az xəbər verir ki, Tramp “New York Post” qəzetinin ABŞ-ın sentyabrın 7-də qeyd etdiyi Əmək Gününə qədər blokadanın qüvvədə qalıb-qalmayacağı ilə bağlı sualına cavab verib.

Prezident bunun mümkün olduğunu deyib, lakin o, bunu mümkünsüz hesab edib.

“Düşünürəm ki, biz bunun öhdəsindən gələ bilərik. İnanıram ki, vəziyyət kifayət qədər tez həll olunacaq”,-deyə Tramp vurğulayıb.

Bundan başqa, Amerika lideri İranın ali dini lideri Müctəba Xamenei ilə görüşmək arzusunda olduğunu bildirib. Tramp bəyan edib ki, o, Xamneinin ABŞ-la münaqişənin həllində iştirak edəcəyinə əmindir.

Tramp bundan əvvəl Vaşinqton və Tehran arasında dialoqun pozulması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını vurğulamışdı. O, perspektivlərinin qeyri-müəyyən qalmasına baxmayaraq, danışıqların davam etdiyini bildirib.

                                                                                                                                                                   Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir