Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib

Reklam sahəsi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətinin cənubundakı xəstəxanaya zərbə endirib.

Elchi.az  xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper “Telegram” səhifəsində bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində xəstəxananın doğum şöbəsi və inzibati binaları zədələnib.

Kiper həmçinin vurğulayıb ki, zərbə endirilərkən şöbədə insanlar olub, lakin xəsarət alan yoxdur. Zərbənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir