Dünya

Tramp NATO-nun baş katibi ilə görüşəcək

Tramp NATO-nun baş katibi ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də Florida ştatında NATO-nun baş katibi Mark Rütte ilə görüş keçirəcək.

Elchi.az xəbər verir ki, bu, Ağ Evin mətbuat xidmətinin noyabrın 23-də yaydığı Amerika liderinin iş qrafikindən məlum olub.

Görüş yerli vaxtla saat 16:00-da Palm-Biçdə (Florida ştatı) planlaşdırılıb. Görüş jurnalistlər üçün qapalı formatda keçiriləcək. Amerika lideri və Şimali Atlantika Alyansının baş katibinin məhz nəyi müzakirə etmək niyyətində olduqları dəqiqləşdirilmir.

Trampın noyabrın 24-də Mar-a-Laqo malikanəsinin yerləşdiyi Floridaya yola düşəcəyi gözlənilir. Amerika lideri ABŞ-də 2026-cı ildə noyabrın 26-da qeyd olunan Şükranlıq Günü münasibətilə istirahət gününü orada keçirəcək. Trampın noyabrın 29-da Ağ Evə qayıtması planlaşdırılır.

                                                                                        Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir