Dünya

Rutte NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını istisna edib

Rutte NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını istisna edib

NATO Avropada 1997-ci il sərhədlərinə qayıtmağı özü üçün qəbuledilməz hesab edir.

Elchi.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte NATO Parlament Assambleyasının sessiyasında keçirilən müzakirələr zamanı bəyan edib.

“NATO-nun 1997-ci il sərhədlərinə qayıtması tamamilə qəbuledilməzdir”, – deyə o bildirib. Rutte əlavə edib ki, blokda “yalnız NATO ölkələrinin bu cür qərarlar qəbul edə biləcəyi” və onların alyansa kənardan diktə edilə bilməyəcəyi qənaətindədirlər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov noyabrın 12-də bəyan etmişdi ki, “Rusiyanın təhlükəsizlik zəmanətləri” Moskvanın “NATO-nun genişlənməməsi ilə bağlı məlum tələbləri” qədər imperativdir.

                                                                                    Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir