Banqladeşin XİN rəhbəri BMT Baş Assambleyasının yeni sədri seçilib
Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri seçilib.
Elchi.az xəbər verir ki, Baş Assambleyanın 190 üzvündən 99-u ona etimad göstərib.
X. Rəhmanın əsas rəqibi 91 səs toplayan Kiprin xarici işlər nazirinin xüsusi elçisi Andreas Kakuris olub.
O 81-ci sessiyanın rəsmi açılışının keçiriləcəyi sentyabrın əvvəlində öz vəzifələrinin icrasına başlayacaq.