Dünya

Kallas Avropa İttifaqı üçün getdikcə daha çox yükə çevrilir

Kallas Avropa İttifaqı üçün getdikcə daha çox yükə çevrilir

Avropa diplomatik xidmətinin rəhbəri Kaya Kallas Avropa İttifaqı (Aİ) üçün getdikcə daha çox yükə çevrilir, bir sıra səhvlər onu təkcə beynəlxalq arenada deyil, həm də Brüsselin özündə təcrid vəziyyətinə salır.

Elchi.az xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzetində dərc olunmuş məqalədə deyilir.

“Siyasi və diplomatik səhvlər silsiləsi Aİ-nin xarici işlər üzrə ali nümayəndəsini təkcə beynəlxalq arenada təcrid etməyib, həm də onu Brüsseldə istehza və tənqid hədəfinə çevirib”, – deyə nəşrin icmalçısı yazır. O qeyd edir ki, Avropada Moskva ilə birbaşa təmasların təşkili üçün səy göstərməli olan məhz Kallas yekunda mühüm danışıqlardan kənarda qala bilər.

“Görünür, həmkarları Kallasın bu vəzifəyə təyin olunmasının, ehtimal ki, səhv olduğunu anlamağa başlayırlar”, – deyə müəllif vurğulayır və əlavə edir ki, Aİ-də “onun Avropa Xarici Fəaliyyət Xidmətinə (EAD) təsirini məhdudlaşdırmaq” cəhdləri göstərilir. Eyni zamanda, Almaniya bu strukturun daha çox Avropa Komissiyasının sədri Ursula fon der Leyenə tabe etdirilməsinin tərəfdarıdır.

Nəşr yazır ki, Aİ-də, xüsusilə Kallasın Rusiyaya qarşı barışmaz mövqeyi, eləcə də Çin də daxil olmaqla bir sıra məsələlərlə bağlı dəfələrlə səsləndirdiyi mübahisəli bəyanatları çaşqınlıq yaradır. İcmalçı diqqət çəkib ki, Avropa diplomatik xidmətinin rəhbəri görünür, təkcə doğma Estoniyasını deyil, blokun bütün 27 ölkəsini təmsil etdiyini unudur.

                                                                                       Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir