VK holdinqi, onun törəmə şirkəti – “Max” messencerinin tərtibatçısı olan “Max” MMC və şirkətin sabiq baş direktoru Yelena Baqudina onlara qarşı tətbiq edilmiş sanksiyaların ləğvi tələbi ilə Avropa İttifaqı Şurasına qarşı iddia qaldırıblar.
Elchi.az RBK-ya istinadən xəbər verir ki, bu barədə bildirişlər noyabrın 23-də Aİ-nin Rəsmi Jurnalında dərc olunub.
Hər üç iddia oktyabrın 7-də məhkəməyə daxil olub. VK-nın işi T-664/26, “Max” MMC-nin işi T-669/26, Yelena Baqudinanın işi isə T-672/26 nömrəsi altında qeydiyyata alınıb.
İddiaçılar Aİ Şurasının 13 iyul 2026-cı il tarixli qərarının və müvafiq reqlamentin onların sanksiya siyahılarına daxil edilməsi hissəsinin ləğv edilməsini, həmçinin məhkəmə xərclərinin Avropa İttifaqı Şurasının üzərinə qoyulmasını tələb edirlər.
İddia ərizələrində Avropa tərəfinin halların qiymətləndirilməsində səhvə yol verdiyi və sanksiya siyahılarına daxil edilmə meyarlarını pozduğu iddia olunur. Ərizəçilərin fikrincə, məhdudiyyətlərin tətbiqi üçün əsaslar sübutlarla təsdiqlənməyib və yalandır.
Məryəm