Astaranın Ərçivan qəsəbəsində yol qəzası baş verib.
Elchi.az -ın məlumatına görə, VAZ-2107 markalı avtomobilin yoldan çıxaraq qaz xəttinə çırpılması nəticəsində xətt zədələnib.
Hadisə ilə əlaqədar səhər saatlarından etibarən Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Əraziyə qaz qəza xidmətinin əməkdaşları cəlb edilib, təmir-bərpa işləri aparılır.