Hadisə

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Elchi.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 131 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir