Hadisə

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Elchi.az -ın məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobilinin toqquşması nəticəsində motosikletin sürücüsü, rayon sakini, 2000-ci il təvəllüdlü Elşən Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir