İngiltərə və Uelsin Ali Məhkəməsi iğtişaşlara təhrik riski səbəbindən Birminhemdə Böyük Britaniya bayraqlarının asılmasını qadağan edib.
Elchi.az xəbər verir ki, bu barədə “BBC” yayım korporasiyası məlumat yayıb.
2025-ci ilin yayında Birminhemdəki körpülərdə və işıq dirəklərində minlərlə Britaniya və İngiltərə bayrağı quraşdırılıb. Aksiyanı “yerli əhalinin əvəzlənməsi” siyasətinə qarşı çıxan anti-miqrant hərəkatı – “Raise the Colours” (“Bayraqları qaldır”) üzvləri təşkil ediblər.
Şəhər şurası ictimai infrastruktur obyektlərində bayraqların yerləşdirilməsinin millətlərarası ədavəti qızışdırdığını və təhlükəsizliyə təhdid yaratdığını bildirərək, bunun qadağan olunması tələbi ilə məhkəməyə müraciət edib. Aksiyanın təşkilatçıları isə vətəndaşların öz fikirlərini ifadə etmək hüququnun olduğunu iddia ediblər.
Məhkəmə Birminhem hakimiyyətinin mövqeyini dəstəkləyib. Qadağanı pozanları iki ilədək azadlıqdan məhrumetmə, cərimə və ya əmlakın müsadirəsi gözləyir. Məhdudiyyət bütün bayraqlara şamil edilir.
Məryəm