Ermənistanla sərhəddə dəmir yolu açılır? Türkiyədən MÜHÜM ADDIM

Türkiyə-Ermənistan sərhədində yerləşən dəmir yolu xəttinin bərpası istiqamətində işlər davam etdirilir. Türkiyənin Qars vilayətinin Akyaka rayonunda aparılan işlərin gedişi yerli rəsmilər tərəfindən yerində yoxlanılıb.

Xeberleraz.com Musavat.com-a istinadən xəbər verir ki, Akyaka rayonunun rəhbəri İsmail Demirtaş və Qars İl Ümumi Məclisinin sədri Fuad Arslan Türkiyə-Ermənistan sərhədində inşa edilən dəmir yolu xəttinə baş çəkiblər.

Səfər zamanı İsmail Demirtaş layihəni həyata keçirən şirkətin nümayəndəsindən dəmir yolu xəttində görülən işlər, mövcud vəziyyət və tikintinin gedişi barədə məlumat alıb. Rəsmilər ərazidə aparılan işlərlə tanış olub, məsul şəxslərlə müzakirələr aparıblar.

Məlumata görə, uzun illərdir bağlı olan Akyaka sərhəd-keçid məntəqəsinin (Doğu Kapı) və dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi bölgə sakinləri tərəfindən yaxından izlənilir.

Dəmir yolu xəttinin fəaliyyətə başlamasının Akyakanın ticarətinə, iqtisadiyyatına və nəqliyyat əlaqələrinə mühüm töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası istiqamətində texniki müzakirələr də aparılır. Xəttin yenidən istifadəyə verilməsi iki ölkə arasında nəqliyyat əlaqələrinin normallaşması baxımından əhəmiyyətli hesab olunur.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir