BMT-də Netanyahudan Ərdoğana qarşı “erməni soyqırımı” ittihamı
İsrailin Baş naziri Benyamin Netanyahu bu dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb.
Netanyahu BMT Baş Assambleyasının tribunasından Türkiyə liderinə qarşı sərt ittihamlar səsləndirib. O, Ərdoğanı HƏMAS rəhbərliyinə Türkiyə ərazisində sığınacaq verməkdə, minlərlə kürd vətəndaşın ölümündə, jurnalistləri həbs etməkdə və müxalifəti təqib etməkdə ittiham edib.
Netanyahu bununla kifayətlənməyərək Ərdoğanın qondarma “erməni soyqırımı”nı inkar etdiyini də iddia edib. İsrailin baş naziri Türkiyənin Şimali Kiprdəki mövcudluğunu “qanunsuz işğal” adlandırıb, Ankaranı NATO üzvü Yunanıstana qarşı təhdidlərdə günahlandırıb və Türkiyənin Suriyaya nəzarəti ələ keçirmək istədiyini irəli sürüb.