Malayziya 16 yaşdan kiçiklər üçün yaş yoxlama qaydaları tətbiq edir

Reklam sahəsi

Malayziyada 16 yaşdan kiçiklərin sosial media hesabları açmasının qarşısını almağa yönəlmiş qayda qüvvəyə minib.
Elchi.az xəbər verir ki, ölkə Facebook, Instagram, TikTok və YouTube da daxil olmaqla müxtəlif sosial media platformaları üçün yaş yoxlama sistemlərinin tətbiqini məcburi edib.
Malayziya Rabitə və Multimedia Komissiyası bu gün qüvvəyə minən qayda çərçivəsində platformalara yaş yoxlama sistemlərinin tətbiqi üçün keçid dövrünün veriləcəyini açıqladı.
Gəncləri sosial mediadakı zərərli məzmundan qorumağı hədəfləyən qayda təxminən 8 milyon sosial media istifadəçisinə təsir göstərir.
Qaydalara əməl etməyən sosial media şirkətlərinin 2,5 milyon dollara qədər cərimə ilə üzləşə biləcəyi bildirilir.
Avstraliya 2025-ci ilin dekabr ayına qədər 16 yaşdan kiçiklərin sosial media platformalarına girişini qadağan edən hüquqi qaydanı tətbiq edən dünyada ilk ölkə oldu, İndoneziya isə mart ayında oxşar addım ataraq Cənub-Şərqi Asiyada bu təcrübəni tətbiq edən ilk ölkə oldu.
Polşa, Danimarka, Fransa, İspaniya, Yunanıstan və Birləşmiş Krallıq kimi Avropa ölkələri də oxşar addımlar atmağa hazırlaşır.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir