Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Reklam sahəsi

Elm və təhsil naziri Emin Əmrullayev 12 iyun tarixində Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Elchi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Gəncə, Samux, və Kəlbəcər sakinləri iştirak edə bilərlər.

Bildirilib ki, adları çəkilən şəhər və rayonların sakinləri 8 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir