Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir
Peru Meksika ilə 2025-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
“Peru və Meksika hökumətləri iki ölkəni birləşdirən tarixi qardaşlıq, dostluq və əməkdaşlıq bağlarını nəzərə alaraq, bu gün iki dövlət arasında diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər”, – XİN bəyan edib.
2025-ci ilin noyabrında Perunun xarici işlər naziri Uqo de Sela Lima şəhərindəki Meksika səfirliyində 2022-ci ildə qiyamın təşkilində ittiham olunan Perunun sabiq baş naziri Betsi Çavesə sığınacaq verilməsi səbəbindən Meksika ilə diplomatik münasibətlərin kəsildiyini elan edib.