Bu avtobuslardan istifadə edənlərə şad xəbər

Reklam sahəsi

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində avtobusların bir qismi ötən ilin oktyabrında yenilənib.

Bu barədə Elchi.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Qeyd olunub ki, iyunun 1-dən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilməklə ümumilikdə 16 nəqliyyat vasitəsi 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır və gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir