Çin ABŞ-ın yeni nüvə strategiyasını şərh etdi
“ABŞ-ın taktiki nüvə silahlarının rolunun potensial genişləndirilməsini nəzərdə tutan yeni nüvə strategiyası qlobal qeyri-sabitlik riskini artıra və yeni silahlanma yarışına təkan verə bilər”.
Elchi.az xəbər verir ki, “Global Times”ın məlumatına görə, bu barədə Çinli hərbi ekspert Çanq Cünşe bildirib.
Ekspertin fikrincə, nüvə çəkindirməsinin effektivliyi onun tətbiqi üçün müəyyən edilmiş son dərəcə yüksək həddən və bunun doğurduğu dağıdıcı nəticələrdən qaynaqlanır. O, qeyd edib ki, belə bir strategiyanın həyata keçirilməsi özünü məhv etməyə aparan yoldur.
“Strateji ambisiyalar və hərbi-sənaye kompleksinin maraqlarından irəli gələn bu ehtiyatsız yanaşma Amerikanın nüvə caydırıcılığına olan inamı gücləndirməyəcək, əksinə, qlobal nüvə münaqişəsi riskini artıracaq və bütün dünyada sülh və təhlükəsizliyi təhlükə altına qoyacaq”, – deyə o əlavə edib.
Daha əvvəl məlum olmuşdu ki, Pentaqon potensial regional müharibə üçün gizli nüvə strategiyası hazırlayır. Bu strategiyada Çin və ya Rusiya ilə regional münaqişə zamanı qısa mənzilli taktiki nüvə silahlarının mümkün istifadəsinə xüsusi diqqət yetirilir
Yeganə