Küveyt ölkədəki yeganə İran məktəbini bağlayıb

Reklam sahəsi

Küveyt hakimiyyəti ölkədəki tək İran məktəbinin bağlanması barədə göstəriş verib.

Elchi.az xəbər verir ki, bu barədə AFP agentliyi Küveyt Təhsil Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Agentliyin verdiyi məlumata görə, belə bir qərarın rəsmi səbəbi açıqlanmayıb, lakin qərar İranın ABŞ hərbçilərinin yerləşdirildiyi Fars körfəzi ölkələrinə endirdiyi bir sıra zərbələrdən sonra qəbul edilib.

Təhsil Nazirliyi təhsil müəssisəsinin lisenziyasını ləğv edib, yeni şagirdlərin qəbulunu dayandırıb və valideynlərə uşaqlarını digər məktəblərə köçürməyi tövsiyə edib.

Məryəm 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir