NATO alyansın siyasətində dəyişiklik elan etdi

Reklam sahəsi

NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone blokun siyasətində dəyişikliyi elan edib.

Elchi.az xəbər verir ki, bu siyasətin məqsədi indi daha çox muxtariyyət və müttəfiqlər arasında müdafiə xərclərinin ədalətli bölüşdürülməsinə nail olmaqdır.

“Alyans daxilində gördüyümüz parçalanma deyil, yerdəyişmədir… Biz havada pul yelləməklə heç kimi çəkindirə bilmərik”,-deyə Dragone bunu Sinqapurda keçirilən Şanqri-La Dialoq forumunda qeyd edib.

Admiralın qeyd etdiyi kimi, dəyişikliklər indiki vəziyyətdə daha məsuliyyətli yanaşma və yükün real şəkildə bölüşdürülməsini tələb edir.

O, Avropa ölkələrinin müdafiə sərmayələrini artırdığını və öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət götürdüyünü bildirdi. Dragone NATO-nun Haaqa sammitində əldə olunan razılaşmanı xatırladıb, burada 32 müttəfiqin hamısı ÜDM-in 3,5%-ni milli müdafiəyə və əlavə 1,5%-ni müdafiə infrastrukturuna ayırmağa söz verib.

                                                                                                                                            Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir