ABŞ-ın Ukraynaya hərbi yardımı beş dəfə AZALIB
2026-cı ilin əvvəlində ABŞ-ın Kiyevə silah tədarükü Co Baydenin prezidentliyi dövrü ilə müqayisədə təxminən beş dəfə azalıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Konqresinə təqdim edilmiş hesabatda bildirilib.
Belə ki, 2022-ci ilin martı ilə 2024-cü ilin dekabrı arasında ABŞ Ukraynaya təxminən 43,4 milyard dollar dəyərində hərbi yardım göstərib. Köçürülən silahların orta aylıq dəyəri təxminən 1,28 milyard dollar təşkil edib.
Lakin 2026-cı ilin birinci rübündə podratçılara edilən ödənişlərin ümumi məbləği 797 milyon dollar (ayda orta hesabla təxminən 266 milyon dollar) olub. Agentlik qeyd edir ki, bu rəqəm əvvəlki dövrlə müqayisədə təxminən beş dəfə azdır.
Daha əvvəl məlumat verilmişdi ki, Pentaqon Almaniyada yerləşən və Ukraynaya hərbi yardımı əlaqələndirən, ABŞ-ın rəhbərlik etdiyi komandanlıqdakı aparıcı rolundan imtina edəcək. Ukraynaya Təhlükəsizlik Yardımı Qrupunun (SAG-U) rəhbərliyinin NATO-nun digər bir ölkəsinə keçəcəyi gözlənilir.
Yeganə