Misirdə 5.3 bal gücündə zəlzələ

Reklam sahəsi

Misirin İsmailiyyə şəhərində 5.3 bal gücündə zəlzələ baş verib. Zəlzələ Misirdə, eləcə də İordaniya, Livan, Fələstin və İsraildə hiss edilib.
Elchi.az xəbər verir ki, fəlakət və Təcili Yardım İdarəetmə Rəyasətliyinin (AFAD) Zəlzələ Departamentinin veb saytındakı məlumata görə, saat 03:00-da episentri Misirin İsmailiyyə şəhərində olmaqla 5.3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 5.47 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Misir mətbuatında yer alan xəbərlərdə paytaxt Qahirə və ətraf şəhərlərdə hiss olunan zəlzələnin ilkin qiymətləndirmələrə görə heç bir mənfi nəticəyə səbəb olmadığı bildirilib.
Zəlzələ Misirdə, eləcə də İordaniya, Livan, Fələstin və İsraildə hiss edilib.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir