Külək nə vaxt zəifləyəcək? – Açıqlama

Reklam sahəsi

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan və arabir güclənən külək bu gün günortadan sonra zəifləyəcək.

Elchi.az xəbər verir ki, bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, günortadan sonra mülayim şimal-şərq küləyi əsəcək.

“Mülayim şimal-şərq küləyi avqustun 2-si gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək”, – deyə o vurğulayıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir