Pentaqon Ukraynaya yardım xərclərini onilliyin sonunadək bölüşdürəcək
Pentaqon Ukraynaya nəzərdə tutulan 400 milyon dollarlıq hərbi yardımın paylanmasını onilliyin qalan dövrünə yayacaq.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Müdafiə Nazirliyinin Konqres üzvlərinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqres üzvlərinə Ukrayna üçün ayrılmış 400 milyon dollarlıq yardımın xərclənməsini 2029-cu maliyyə ilinə qədər tamamlamayacağını bildirib; halbuki Kiyevin zəruri silahlara ciddi ehtiyacı var.
Agentliyin qeyd etdiyi kimi, məktubun göndərilməsindən iki ay keçməsinə baxmayaraq, vəsaitlər hələ də ayrılmamış və hətta müqavilə şəklində rəsmiləşdirilməmişdi.
Məktubda göstərilən plana əsasən, silah və sursatın alınmasına 200 milyon dollar, müxtəlif avadanlıq və ehtiyat hissələrinə 99,9 milyon dollar, müdafiə təyinatlı məhsulların Ukraynaya daşınmasına isə daha 100 milyon dollar vəsait ayrılması nəzərdə tutulub.
Daha əvvəl ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə bağlı yenidən nikbin olduğu bildirilmişdi. Mənbələrin məlumatına görə, bu dəyişiklik qlobal sammitlər çərçivəsində keçirilən bir neçə görüşdən sonra baş verib.
Yeganə