Yaponiyada 7.1 bal gücündə zəlzələ
Yaponiyada 7.1 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sahil əraziləri üçün sunami xəbərdarlığı edilib.
Elchi.az xəbər verir ki, zəlzələ Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verib. Yaponiya Meteorologiya Agentliyi ilkin qiymətləndirmələrə görə, zəlzələnin maqnitudası 7.1-dir.
Agentlik zəlzələnin ölkədə istifadə edilən Şindo titrəyiş intensivliyi şkalasında ən yüksək səviyyə olan 7 balda ölçüldüyünü bildirib.
Şindo şkalası Yaponiyada zəlzələnin özünün maqnitudasını deyil, hiss olunan titrəyişin intensivliyini ölçmək üçün istifadə olunur. 0-dan 7-yə qədər şkala üzrə 7 ən güclü səviyyə hesab olunur və insanların ayaq üstə durmaqda çətinlik çəkdiyi və binalara ciddi ziyan dəydiyi titrəyişi göstərir.