Səudiyyə Ərəbistanı neft obyektlərinə doğru uçan PUA-ları vurub
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə (HHM) sistemləri İraq ərazisindən krallığın neft obyektlərinə tərəf buraxılmış bir neçə pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
Elchi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib.
“Son saatlar ərzində HHM qüvvələri Əş-Şərqiyyə əyalətində və Ər-Riyadda neft obyektlərinə hücum etməyə cəhd göstərən bir neçə dronu ələ keçirərək məhv edib”, — deyə nazirliyin bəyanatında bildirilir.
Əl-Malikinin sözlərinə görə, hücum cəhdləri İraq ərazisindən “İranla əlaqəli terrorçu qruplaşmalar” tərəfindən həyata keçirilib. O vurğulayıb ki, Səudiyyə Ərəbistanı öz ərazisini və infrastruktur obyektlərini müdafiə etmək üçün özünün ayrılmaz hüququnu təsdiqləyir, həmçinin “münasib vaxtda və münasib yerdə” cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Məryəm