Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb – YENİLƏNİB
Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
10.24
24.07.2026-cı il tarixində saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.
Bu barədə APA-nın yerli bürosuna TƏBİB-dən bildirilib.