Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb.

Elchi.az  bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir.

“Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur.

Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin”, – məlumatda vurğulanıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir