“ABŞ Ukraynadakı münaqişəyə son qoymağa kömək etməyə hazırdır” – Rubio

Reklam sahəsi

ABŞ fürsət yaranacağı təqdirdə Ukraynadakı münaqişəyə son qoyulmasında konstruktiv rol oynamağa hazırdır.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Manilada keçirilən ASEAN-a üzv ölkələrin xarici işlər nazirlərinin 59-cu toplantısında jurnalistlərin suallarını cavablandırarkən bunu bildirib.

“ABŞ belə bir fürsət yaranarsa, bu münaqişəyə son qoyulmasında konstruktiv rol oynamağa açıq və hazırdır. Və belə bir fürsət həqiqətən də yarana bilər”,– deyə o bildirib.

Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı ABŞ-ın mövqeyində növbəti dəyişikliyi istisna etmir. Onun sözlərinə görə, Rusiya tərəfində belə bir təəssürat yaranıb, baxmayaraq ki, bu məsələ ilə bağlı heç bir narahatlıq mövcud deyil.

Lavrov dünən təsdiqlədi ki, o, Manilada ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşəcək. Görüşün iyulun 23-ü səhər saatlarında keçirilməsi gözlənilir.

                                                                                                                                                                                                                                                                               Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir