WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyir

Reklam sahəsi

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə “mülki nüvə proqramı təmin edəcək və potensial olaraq uranın zənginləşdirilməsinə yol açacaq” bir müqaviləni təsdiqlədiyi iddia edilib.
Elchi.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzetinin adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib.
Yeni 30 illik müqavilənin on milyardlarla dollar dəyərində olacağını təxmin edən hesabatda, müqavilənin “Səudiyyə Ərəbistanına mülki nüvə proqramı təmin edəcəyi və potensial olaraq uranın zənginləşdirilməsinə yol açacağı” iddia edilir.
Hesabatda məqsədin ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun inkişafında mərkəzi rol vermək olduğu və ABŞ-Səudiyyə Ərəbistanının birgə qiymətləndirməsi nəticəsində zəruri hesab edildiyi təqdirdə, müqavilənin həmin ölkədə Amerika şirkətləri tərəfindən uran zənginləşdirmə müəssisələrinin yaradılmasını da əhatə etdiyi bildirilir.
Xəbərdə bildirilirdi ki, bu şərt ABŞ-a Səudiyyə Ərəbistanının nüvə proqramı üzərində təsir göstərəcək və Tramp administrasiyasının rəsmilərinə görə, bu şərt “nüvə proqramının hərbi məqsədlər üçün sui-istifadəsinin qarşısını almaq üçün bir yol” kimi müdafiə olunub. Hesabatda həmçinin qeyd olunub ki, razılaşmanın yaxın günlərdə Konqresə təqdim edilməsi gözlənilir.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir