Tramp İranla müharibədə 18 ABŞ əsgərinin öldürüldüyünü açıqladı

Reklam sahəsi

ABŞ Prezidenti Donald Tramp ABŞ-İsrail-İran müharibəsində 18 ABŞ əsgərinin öldürüldüyü barədə məlumat paylaşdı.
Elchi.az xəbər verir ki, sosial media hesabında verdiyi açıqlamada Tramp ABŞ-ın iştirak etdiyi müharibələr haqqında məlumatları paylaşdı.
Əfqanıstan, İraq, Vyetnam, Koreya və İran müharibəsindəki ölüm sayını müqayisə edən Tramp “İran Hərbi Münaqişəsi: 4 ay, 18 ölü” dedi.
Ölən ABŞ əsgərlərinin sayı 17-yə çatdı.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 17 iyulda İordaniyadakı ABŞ bazasına edilən hücumda 2 əsgərin öldüyünü və 1 əsgərin itkin düşdüyünü açıqladı.
Pentaqon 2 əsgərin şəxsiyyətinin müəyyən edildiyini və hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirdi.
CENTCOM həmçinin 18 iyulda İraqda İran pilotsuz təyyarəsinə məxsus partlamamış sursatın nəzarətli şəkildə məhv edilməsi zamanı 1 əsgərin öldürüldüyünü açıqladı.
İraqdakı hadisə ilə birlikdə, fevral ayında ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə ölən ABŞ əsgərlərinin sayı 17-yə çatıb.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir