İtkin düşmüş kimi axtarılan 13 nəfər tapılıb
İyulun 18-də və 19-da polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində itkin düşmüş kimi axtarışı aparılan 13 nəfərin yeri müəyyən edilib.
Elchi.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edən şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Bildirilib ki, həmin şəxslərin tapılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.