İstilik qurğularının quraşdırılması qaydaları təsdiqlənib

İstilik qurğularının quraşdırılması qaydaları təsdiqlənib.

Elchi.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov qərar imzalayıb.

Qərara əsasən, qazanxana qurğularının quraşdırılmasına dair tələblər müəyyənləşib:

– qazanxana qurğuları tikinti layihəsi sənədlərinə və şəhərsalma və tikinti normalarının tələblərinə riayət edilməklə quraşdırılmalı;

– qazanxanalar yanğın və partlayış təhlükəsizliyi tələblərinə, həmçinin sanitariya qaydaları və normalarının tələblərinə cavab verməli;

– qazanxana qurğuları istehsalçı zavodun texniki tələbləri nəzərə alınmaqla quraşdırılmalı və istifadə olunan avadanlıq və materiallar layihədə nəzərdə tutulmuş tələblərə cavab verməli;

– qazanxana qurğularının işə salınmasından əvvəl təhlükəsizlik tədbirləri görülməli və kiplik sınaqları aparılmalıdır.

Həmçinin qaz-hava yolu və tüstü borularının quraşdırılmasına dair tələblər aşağıdakılardır:

– qaz-hava yolu və tüstü borularının quraşdırılması zamanı AzDTN 2.12-1-in tələbləri nəzərə alınmalı;

– tüstü borularının diametrləri və uzunluqları qazan avadanlığının gücünə və yanacaq növünə uyğun müəyyən edilməli, layihədə nəzərdə tutulan aerodinamik göstəricilərə riayət olunmalı;

– qaz-hava yollarının və tüstü borularının daxili səthləri maneəsiz və hamar olmalı, axının qarşısını alan kənar çıxıntılar olmamalı;

– qaz-hava yollarının və tüstü borularının keçdiyi yerlərdə konstruksiyaların yanmayan materiallarla izolyasiyası təmin edilməli;

– qaz-hava yolu sisteminə texniki baxış, təmizləmə və nəzarət üçün nəzərdə tutulmuş qapaqlar (lyuklar) və baxış pəncərələri quraşdırılmalı;

– qaz-hava yollarının və tüstü borularının çıxış hissələri atmosfer şəraitinin təsirindən (yağış, qar, külək axını və s.) qorunmalı və uyğun başlıqlar (deflektorlar, yağışlıqlar və s.) ilə təchiz edilməli;

– qaz-hava yollarının və tüstü borularının bütün birləşmələrində quraşdırma işləri tamamlandıqdan sonra kiplik və hava sızması sınaqları keçirilməli;

– quraşdırma zamanı tüstü borularının yaxınlığında elektrik kabellərinin, yanacaq xətlərinin və digər yanar elementlərin yerləşdirilməsinə yol verilməməli;

– tüstü borularının işıq maneələrinin idarə edilməsi “Elektrik qurğularının quraşdırılması Qaydaları”na uyğun olaraq onların aid olduqları obyektlərdən təmin edilməlidir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir