İranlı hərbi mənbə: ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır

Reklam sahəsi

İran ABŞ-a bu gecə mümkün hücumlarla bağlı xəbərdarlıq edib.

Bu barədə “Fars” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

“Əgər ABŞ bu gecə ölkəmizin mülki infrastruktur obyektlərini hədəfə alarsa, İranın cavab zərbələri zamanı vətəndaşların həyatının qorunması üçün Dubay və Əbu-Dabi hava limanları, həmçinin Füceyrə və Cəbəl Əli limanları dərhal təxliyə edilməlidir”, – İran ordusunun nümayəndəsi ABŞ-ın İrana qarşı hər hansı hərbi addımının nəticələri barədə xəbərdarlıq edərək bildirib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir